Təbaşirlə çəkiləcək portretlər | VİDEO

// Elnarə Təhməzova “Yazı taxtası” ilə gəlir

   Təbaşirlə çəkiləcək portretlər    | VİDEO
  02 May 2025    Oxunub:763
Tanınmış telejurnalist, Real TV-də yayımlanan “Sabaha Elnarə ilə” verilişinin aparıcısı Elnarə Təhməzova növbəti maraqlı layihə ilə tamaşaçıların qarşısına çıxacaq.
Portret-müsahibə formatında nəzərdə tutulan verilişdə əsas məqsəd insanın xarakterini, dəyərlərini və keçdiyi həyat yolunun təfərrüatlarını üzə çıxarmaq olacaq.

“Yazı taxtası” adlanan proqram hər həftənin şənbə günü, axşam saat 21:30-da “Real TV”-də yayımlanacaq.

Verilişin yaradıcı heyətinin dediyinə görə, “Yazı taxtası” yaradıcı düşüncələri öyrənmək, izah etmək, xatırlatmaq və paylaşmaq üçün platforma olacaq. Bu lövhədə insanın ağlının və ruhunun ən təmiz ifadələri yer alacaq.

AzVision.az komandası layihənin yaradıcı heyətinə uğurlar arzulayır və təqdim edəcəkləri işləri maraqla gözləyir.





Teqlər: TV  





Xəbər lenti